Bakı metrosunda qatarlararası intervallar azaldılıb

Bakı metrosunda qatarlararası

Aprelin 21-də Bakı metrosunda baş vermiş texniki insidentlə əlaqədar operativ tədbirlər davam etdirilir.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, saat 12:00-dan etibarən xətlər üzrə 28 cüt qatar hərəkət edir.

Yenilənmiş hərəkət intervalları belədir:

  • “Əhmədli — 28 May” istiqamətində interval 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib;
  • “28 May — Dərnəgül” istiqamətində 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə;
  • “28 May — İçərişəhər” istiqamətində isə 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə qədər azaldılıb.

Qatarlararası intervalların daha da qısaldılması istiqamətində işlər davam etdirilir.