Azərbaycanda şirkətlərin restrukturizasiya prosesi çərçivəsində daha bir birləşmə həyata keçirilir. “G CO 5” Məhdud Məsuliyyətli Cəmiyyətinin “AZ MDF LTD” MMC-yə qoşulması barədə qərar qəbul olunub.
Məlumata əsasən, qoşulma nəticəsində “G CO 5” MMC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq və bütün hüquq və öhdəlikləri hüquqi varisi olan “AZ MDF LTD” MMC-yə keçəcək.
Qeyd edək ki, bu cür birləşmələr adətən şirkətlərin idarəetmə strukturunun optimallaşdırılması, xərclərin azaldılması və fəaliyyətin daha səmərəli təşkili məqsədi daşıyır.
“AZ MDF LTD” MMC (VÖEN: 1300995571) bundan sonra birləşmə nəticəsində formalaşan aktiv və öhdəlikləri öz balansında əks etdirəcək.
Maraqlı tərəflərə və kreditorlara tövsiyə olunur ki, mövcud tələblərlə bağlı qanunvericiliyə uyğun qaydada müraciətlərini təqdim etsinlər.
MONETAR.AZ