Ölkələr üzrə hər şagirdə ayrılan xərclər açıqlanıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Education at a Glance 2025” hesabatına əsasən, şagird ən yüksək təhsil xərcləri Lüksemburqda qeydə alınıb. Bu ölkədə illik göstərici 31 439 ABŞ dolları təşkil edir.
İlk beşlikdə həmçinin Norveç (22 558 dollar), Avstriya (20 942 dollar), ABŞ (20 387 dollar) və Cənubi Koreya (19 805 dollar) yer alır.
Danimarka, Niderland, Böyük Britaniya, Belçika və Kanada da 18 000–19 000 dollar aralığında yüksək xərclərlə ön sıralardadır.
OECD üzrə orta göstərici təxminən 15 022 dollar səviyyəsindədir. Bununla belə, əksər ölkələr bu orta göstəricidən ya xeyli yuxarı, ya da aşağı səviyyədə yerləşir.
Məsələn, Almaniya təxminən 17 960 dollar, İsveç 17 804 dollar, Avstraliya isə 17 529 dollar səviyyəsində göstəricilərə malikdir. İtaliya, İspaniya və Yaponiya kimi ölkələr isə orta göstəricidən aşağıda yer alır.
Araşdırma göstərir ki, inkişaf etməkdə olan ölkələrdə təhsil xərcləri əhəmiyyətli dərəcədə aşağıdır.
Türkiyə və Çin bir şagirdə təxminən 5 000 dollar, Meksika və Cənubi Afrika təxminən 4 000 dollar, Peru isə təxminən 2 600 dollar səviyyəsində xərclə son sırada yer alır.
MONETAR.AZ