Ukrayna “Drujba” neft kəməri vasitəsilə Slovakiya və Macarıstana neft nəqlini bərpa edir.
Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovanın sözlərinə görə, səhər saatlarından etibarən Belarus tərəfdən Ukrayna sahəsində təzyiqin artırılması və kəmərin doldurulması prosesi başlayıb. O bildirib ki, Slovakiyaya tədarüklərin artıq sabah səhər saatlarında çatması gözlənilir.
Eyni zamanda, AFP agentliyi ukraynalı rəsmiyə istinadən xəbər verir ki, Ukrayna Macarıstanın neft-qaz şirkəti MOL Group-un müraciəti əsasında neft tranzitini “bir neçə saat ərzində” bərpa edə bilər. Mənbəyə görə, regionda əsas enerji təchizatçılarından biri olan MOL prosesi sürətləndirmək təşəbbüsü ilə çıxış edib.