Avropa İttifaqı Ukraynaya 90 milyard avro krediti təsdiqləyib

Avropa İttifaqı Ukraynaya 90 milyard avro krediti

Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılmasını və Rusiyaya qarşı yeni 20-ci sanksiyalar paketinin tətbiqini təsdiqləyib. Bu barədə Reuters агентliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, çərşənbə günü Aİ səfirləri Ukraynaya vəd olunmuş kredit üzrə razılaşmanın yekunlaşdırılması və yeni sanksiyalar paketinin rəsmiləşdirilməsi proseduruna başlayıblar.

Bildirilir ki, bu qərar Macarıstanda hökumətin dəyişməsindən sonra ölkənin vetosunun geri götürülməsi nəticəsində mümkün olub.