Azərbaycanın bir sıra rayonlarında Kür çayında suyun səviyyəsinin əvvəlki sutka ilə müqayisədə artdığı qeydə alınıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Zərdab rayonu ərazisində suyun səviyyəsi 11 sm artaraq 893 sm-ə çatıb. Sabirabad rayonunda artım 7 sm (751 sm), Şirvan zonasında 16 sm (557 sm), Salyan rayonunda 20 sm (685 sm), Neftchala rayonunda isə 4 sm (190 sm) təşkil edib.
Həmçinin bir sıra çaylar üzrə məlumatlar açıqlanıb: Tərtərçayda su sərfi saniyədə 9 kubmetr, Tutğunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçayda 7, Şəlvəçayda isə saniyədə 3 kubmetr təşkil edir.