Portuqaliya bazar ertəsi bildirib ki, qarşıdakı aylarda turizm mövsümü ərəfəsində Avropa aviaşirkətlərinin narahatlıqlarına baxmayaraq ölkə aeroportlarında aviasiya yanacağı qıtlığı gözlənilmir.
Portuqaliyanın infrastruktur naziri Migel Pinto Luş jurnalistlərə açıqlamasında qeyd edib ki, hökumət neft şirkətləri ilə daim əlaqə saxlayır və “ölkənin hava limanlarında mövcud ehtiyat səviyyələrindən xəbərdardır”, lakin konkret rəqəmləri açıqlamayıb.
Avropa aviaşirkətləri xəbərdarlıq ediblər ki, İranla bağlı müharibə aviasiya yanacağı çatışmazlığına səbəb ola bilər. Belə ki, Avropa bu yanacaq növü üzrə idxalın təxminən 75%-ni Yaxın Şərqdən təmin edir.
“Bu, ümumavropa miqyaslı problemdir, biz vəziyyəti diqqətlə izləyirik... məqsədimiz yaxın aylarda heç bir pozuntunun baş verməməsini təmin etməkdir. Hesab edirik ki, tədarüklər davamlı olaraq təmin ediləcək”, — deyə Pinto Luş bildirib.
Enerji şirkəti də açıqlamasında vurğulayıb ki, hazırkı mərhələdə yaxın aylarda heç bir fasilə gözlənilmir. Tələbatın qarşılanması Galp şirkətinin daxili istehsalı, mövcud ehtiyatlar və idxal hesabına təmin olunur.
MONETAR.AZ