Dünya enerji bazarlarında mazutun qiymətində artım müşahidə olunur. Son məlumata görə, fyuçerslər təxminən 5 faiz yüksələrək bir barel üçün 3,70 ABŞ dollarına çatıb.
Artım ümumilikdə enerji bazarlarında qeydə alınan bərpa fonunda baş verir. Buna əsas səbəblərdən biri ABŞ ilə İran arasında davam edən danışıqlarda yaranmış qeyri-müəyyənlikdir. Hazırda İranın atəşkəs üçün müəyyən olunmuş son tarix – çərşənbə gününədək ABŞ ilə danışıqların ikinci mərhələsinə qoşulub-qoşulmayacağı aydın deyil. Eyni zamanda, Hörmüz boğazında vəziyyətin gərgin olaraq qalması enerji tədarükünə təsir göstərir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, fevral ayının sonundan İranla bağlı münaqişənin başlanmasından sonra Fars körfəzindən xam neft və neft məhsulları tədarükü gündəlik təxminən 13 milyon barel azalıb.
Bununla belə, iri neft treyderləri bildirirlər ki, İranla bağlı münaqişə fonunda tələbatın zəifləməsi ehtimalı artır. Bundan əlavə, aprelin sonunadək gözlənilən normadan isti hava şəraiti həm isitmə, həm də soyutma məqsədli enerji tələbatını azalda bilər.
MONETAR.AZ