İtaliyada banklar “pendir girovu” ilə kredit verir

 İtaliyada banklar “pendir girovu”

İtaliyanın şimal bölgələrində banklar uzun illərdir davam edən qeyri-adi kredit sistemini tətbiq etməyə davam edir. Fermerlər kredit almaq üçün qiymətli Parmigiano-Reggiano pendirlərini girov qoyurlar.

Məlumata görə, bu pendir növü illərlə yetişdiyi üçün banklar onları xüsusi anbarlarda saxlayır və zamanla dəyərinin artmasını gözləyirlər. Hazırda bank seyflərində saxlanılan pendirlərin ümumi dəyəri yüz milyonlarla avro ilə ölçülür.

Fermer kredit öhdəliyini yerinə yetirə bilmədiyi halda, bank girov qoyulan pendiri satışa çıxararaq borcu bağlayır. Bu sistem kənd təsərrüfatı maliyyələşməsində unikal model kimi dəyərləndirilir.

MONETAR.AZ