Aprelin 21-də Bakı metrosunda baş vermiş texniki insidentlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əlavə avtobusları xətlərə buraxıb.
AYNA-nın mətbuat xidmətindən bildirilib ki, sərnişin axınının tənzimlənməsi məqsədilə metronu əvəz edə biləcək istiqamətlər üzrə avtobusların sayı artırılıb. Bu addım gözləmə intervallarını azaltmağa və sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan verəcək.
Məlumatda qeyd olunur ki, xüsusilə aşağıdakı metro stansiyaları istiqamətində hərəkət edən marşrutlara əlavə avtobuslar cəlb olunur:
“Elmələr Akademiyası”, “Nizami”, “28 May”, “Gənclik”, “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli”.
Bundan əlavə, şəhərin digər əsas istiqamətlərində də əlavə nəqliyyat vasitələrinin cəlbi davam etdirilir.