Martda beynəlxalq hesablaşmalarda yuanın payı artıb, avro isə azalıb

Martda beynəlxalq hesablaşmalarda yuanın payı artıb,

SWIFT məlumatlarına görə, mart ayında Çin yuanının beynəlxalq hesablaşmalardakı payı 0,36 faiz bəndi artaraq 2,74%-dən 3,10%-ə yüksəlib. Bununla belə, bu göstərici cari ilin yanvar ayındakı səviyyədən (3,13%), həmçinin ötən ilin göstəricisindən (4,13%) aşağı qalır.

Digər valyutalar üzrə dinamika isə belə olub:

  • ABŞ dollarının payı 49,25%-dən 51,14%-ə yüksəlib (+1,89 faiz bəndi);
  • avronun payı 22,82%-dən 21,30%-ə enib (−1,52 faiz bəndi);
  • funt sterlinq 7,16%-dən 6,54%-ə düşüb (−0,62 faiz bəndi);
  • Yapon yeni 3,46%-dən 3,53%-ə qalxıb (+0,07 faiz bəndi);
  • Kanada dolları 2,94%-dən 3,03%-ə artıb (+0,09 faiz bəndi).

Ticarət maliyyələşdirilməsi (trade finance) seqmentində isə ABŞ dolları dominant mövqeyini qoruyur. Onun payı 80,73% təşkil edib. Bu göstəricidə yuanın payı 8,04%, avronun payı isə 5,78% olub.

MONETAR.AZ