Azərbaycanın dövlət borcu azalıb

Azərbaycanın dövlət borcu

1 aprel tarixinə Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat təşkil edib ki, bu da cari il üçün proqnozlaşdırılan ÜDM-in 18,7%-nə bərabərdir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azdır.

Ümumi dövlət borcunun 4 milyard 689,3 milyon ABŞ dolları (7 milyard 971,8 milyon manat) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,1%-ni təşkil edir. Daxili dövlət borcu isə 16 milyard 492,9 milyon manat olub (ÜDM-in 12,6%-i). Ötən illə müqayisədə xarici borc 7,6%, daxili borc isə 8,4% azalıb.

Cari ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub. Birinci rübdə ümumilikdə 524,2 milyon manat ödəniş həyata keçirilib. Bunun 132,5 milyon manatı daxili borc üzrə faiz ödənişləri, 391,7 milyon manatı isə xarici borc üzrə ödənişlər olub (269,5 milyon manat əsas borc, 122,2 milyon manat faizlər).

MONETAR.AZ