“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar

“Kapital Bank” ASC səhmdarlarının diqqətinə çatdırılır ki, 22 may 2026-cı il tarixində saat 11:00-da bankın növbədənkənar ümumi yığıncağı baş tutacaq.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Tower 2” ofisinin 17-ci mərtəbəsində, “Silicon Valley” adlı iclas otağında keçiriləcək.

Toplantının gündəliyinə əsas məsələ kimi bankın 2025-ci maliyyə ili üzrə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.

MONETAR.AZ