Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra yollarda təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, mövcud yol örtüyünün vəziyyəti nəzərə alınaraq Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsindəki geridönmə hissəsindən Qurban Xəlilov küçəsinədək), eləcə də Təbriz küçəsində (K. Rəhimov və Həsənoğlu küçələri arasında — “Nərimanov” metro stansiyası istiqamətində) təmir işlərinin aparılması planlaşdırılır.
Aparılan işlərlə əlaqədar olaraq 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən görülən işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.