Hörmüz boğazı dünya iqtisadiyyatının əsas nəqliyyat arteriyalarından biridir. O, şimalda İranı, cənubda isə Oman və Birləşmiş Ərəb Əmirliklərini ayırır. Ən dar hissəsində eni 33–50 km olsa da, tankerlər üçün nəzərdə tutulmuş gəmiçilik dəhlizi hər istiqamətdə cəmi təxminən 3 km təşkil edir.
Hörmüz boğazı vasitəsilə:
- Dünya üzrə neft və neft məhsullarının təxminən 20 faizi (gündə 15 mln barel xam neft və 5 mln barel neft məhsulu) daşınır.
Əsas ixracatçılar: Səudiyyə Ərəbistanı (boğaz trafikinə 40%-ə qədər), İraq (25%-ə qədər), BƏƏ (15%), Küveyt (15%).
Əsas idxalçılar: Asiya ölkələri (ümumi trafikin 80%-dən çoxu), o cümlədən Çin (38%), Hindistan (15%), Cənubi Koreya (12%), Yaponiya (11%). - Dünyada maye təbii qaz (LNG) ticarətinin təxminən 20 faizi həyata keçirilir.
Əsas ixracatçılar: Qətər (93%i), BƏƏ (7%).
Əsas idxalçılar: Çin (27%), Hindistan (15%), Cənubi Koreya (13%), Yaponiya (12%). Ümumi həcmin 75%-dən çoxu Asiya ölkələrinə gedir. - Dünya üzrə gübrə ixracının təxminən 30 faizi (ildə təqribən 16 milyon ton) bu marşrutdan keçir.
Əsas ixracatçılar: Səudiyyə Ərəbistanı, Qətər (karbamid üzrə lider), İran, Oman, BƏƏ.
Əsas idxalçı: Hindistan (Fars körfəzindən azot gübrələrinin təxminən 70%-ni alır), həmçinin Braziliya, ABŞ, Çin, Avstraliya. - Dünya dəniz polad ticarətinin təxminən 10 faizi bu yoldan keçir.
Əsas ixracatçılar: İran, Səudiyyə Ərəbistanı, Çin (tranzitlə təxminən 16%).
Əsas idxalçılar: Hindistan, Vyetnam, İndoneziya, Tailand, həmçinin BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, İtaliya və İspaniya.
Yaxın Şərqdə geosiyasi gərginliyin artması nəticəsində İran Hörmüz boğazını rəqib ölkələri dəstəkləyən dövlətlər üçün bağladığını elan edib. Bu addım həm siyasi, həm də fiziki məhdudiyyətlərlə həyata keçirilib. Nəticədə tranzit demək olar ki, tam dayanıb və bu, qlobal ticarətin əsas arteriyasını iflic edib.
Əsas alternativ olaraq Ümid burnu (Afrikanın cənubu) marşrutu seçilib. Lakin bu yol məsafəni 11 000–13 000 km artırır, səfər müddətini 15–20 gün uzadır (ümumilikdə 35–40 gün), hər reys üzrə yanacaq və icarə xərclərini milyonlarla dollar artırır.
Digər marşrut – Qırmızı dəniz və Süveyş kanalı məhdud imkanlar və yüksək risklər səbəbindən yalnız qismən istifadə olunur. Burada neft üçün xərclər 5–10 dollar/barel, polad və gübrə üçün isə 60 dollar/tonadək artır. LNG üçün isə bu marşrut demək olar ki, yararsızdır.
Afrika ətrafı marşrut (Ümid burnu) üzrə daşımalar zamanı əlavə məsafə təxminən 11 000–13 000 kilometr təşkil edir. Bu marşrut səyahət müddətini 15–20 gün uzadır. Eyni zamanda, hər bir reys üzrə yanacaq xərcləri 1,5–2,2 milyon ABŞ dolları artır. Bundan əlavə, gəmi icarəsi üzrə əlavə xərclər 2,5 milyon ABŞ dollarına qədər yüksələ bilər.
Qırmızı dəniz üzrə multimodal keçid isə boru kəməri və dəmir yolu vasitəsilə daşımaları nəzərdə tutur. Lakin bu marşrutun ötürmə gücü məhduddur və mövcud imkanlar ümumi həcmin yalnız 30–40 faizini əhatə edir. Nəticədə hər bir barel üzrə daşınma xərci 5–7 ABŞ dolları artır.
Süveyş kanalı marşrutu isə daha qısa yol kimi çıxış etsə də, burada təhlükəsizlik riskləri mövcuddur. Bundan əlavə, sığorta xərcləri və tranzit rüsumları da ümumi xərcləri artırır. Bu marşrut üzrə daşınma xərclərində ümumi artım 8–10 ABŞ dolları/barel səviyyəsində qiymətləndirilir.
Ekspertlərin fikrincə, Hörmüz boğazında yaranmış vəziyyət qlobal logistika sistemini uzunmüddətli şəkildə dəyişir. Hətta boğaz açılsa belə, alternativ marşrutlara keçid səbəbindən köhnə ticarət axınlarının bərpası vaxt aparacaq.
Eyni zamanda bölgədə istehsal və infrastrukturun zədələnməsi də bərpa prosesini ləngidir. Bu səbəbdən neft qiymətlərinin yüksək qalacağı proqnozlaşdırılır: Brent markalı neft üçün 2026-cı ilin sonuna gözlənti 80–90 dollar/barel, Urals markası üçün isə 75–80 dollar/barel səviyyəsindədir.
MONETAR.AZ