Tərtər rayonu ərazisində sel və daşqın risklərinin azaldılması məqsədilə iri infrastruktur layihəsi üzrə tender yekunlaşıb. Satınalan qurum -“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən keçirilən müsabiqə Tərtərçay ətrafında mühüm ərazilərin mühafizəsini nəzərdə tutur. Layihə çərçivəsində Bərdə–Tərtər magistral avtomobil yolu və Bayraq Meydanı kompleksi ərazisinin sel sularından qorunması planlaşdırılır.
Tender detalları
- Müsabiqənin nömrəsi: 2026/AT/00298/V1
- Təsnifat: Torpaq və torpaq idarəçiliyi işləri
- Ehtimal olunan qiymət: 3 975 405,84 manat
Tenderin nəticəsinə əsasən qalib şirkət “TNN” Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkətlə bağlanacaq müqavilənin dəyəri 2 434 486,6 manat təşkil edir.
biqə 29 yanvar 2026-cı ildə elan edilib. Təkliflərin qəbulu və zərflərin açılışı isə 6 mart 2026-cı il tarixində həyata keçirilib.
ərtərçay ətrafında bu cür mühafizə tədbirlərinin həyata keçirilməsi bölgədə infrastrukturun təhlükəsizliyini artıracaq. Xüsusilə magistral yol və ictimai əhəmiyyətli obyektlərin sel riskindən qorunması həm nəqliyyatın davamlılığı, həm də yerli əhalinin təhlükəsizliyi baxımından vacib hesab olunur.
MONETAR.AZ