Laçın şəhəridə tikilən kanat yolunun inşasının bu ilin sonunadək tamamlanması və istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, ərazidə işlər intensiv şəkildə davam etdirilir.
Hazırda layihə çərçivəsində yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqları və terminallarının təməl işlərinin görülməsi, eləcə də zəruri avadanlıqların əraziyə daşınması həyata keçirilir.
Layihənin həyata keçirilməsinin regionun turizm infrastrukturunun inkişafına töhfə verəcəyi və ziyarətçilər üçün yeni imkanlar yaradacağı gözlənilir.