Səhiyyə naziri Xəzərin çirklənməsinin sağlamlıq üçün risklər yaratdığını bildirib

Səhiyyə naziri Xəzərin çirklənməsinin sağlamlıq üçün risklər

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən regional ekoloji sammitdə Xəzər dənizinin su keyfiyyəti ilə bağlı regional və transsərhəd əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu barədə Report məlumat yayıb.

Nazirin sözlərinə görə, qapalı su hövzələri ümumi resurs hesab olunur və onların idarə olunması koordinasiyalı yanaşma tələb edir.

“Təbiətin mühafizəsi baxımından Xəzər dənizinin sahilyanı ərazilərində biomüxtəlifliyin qorunmasının əsas strategiyalarından biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və effektiv idarə edilməsidir. Hazırda Azərbaycanın sahilyanı zonasında dörd milli park fəaliyyət göstərir”, deyə nazir qeyd edib.

Teymur Musayev bildirib ki, qlobal istiləşmə su ekosistemlərinə birbaşa təsir göstərərək temperatur strukturunu və suda oksigen səviyyəsini dəyişir.

“Bu təsirlər yalnız ekoloji xarakter daşımır, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır. Əhali getdikcə daha çox çirklənmiş suyun təsirinə məruz qalır ki, bu da mədə-bağırsaq xəstəliklərinin, kimyəvi zəhərlənmələrin artmasına və uzunmüddətli sağlamlıq fəsadlarına səbəb olur”, deyə o əlavə edib.

Qurum rəhbəri həmçinin bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyi Azərbaycan Səhiyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə hava keyfiyyətinin monitorinqini həyata keçirir.