Səudiyyə Ərəbistanı Rusiyadan mazut ixracını niyə artırıb?

 Səudiyyə Ərəbistanı Rusiyadan mazut ixracını

Mart ayında Rusiyadan Səudiyyə Ərəbistanına dəniz yolu ilə mazut və vakuum qazoylu tədarükü fevral ayı ilə müqayisədə 18% artaraq 1 milyon tona çatıb. Bu barədə Reuters məlumat yayıb.

Ticarət axınlarının yenidən bölüşdürülməsi İranla bağlı münaqişə fonunda neft qiymətlərinin kəskin artması ilə əlaqələndirilir. Məlumatlara görə, krallıq elektrik stansiyaları üçün daha ucuz Rusiya yanacağını almağı artırır və bununla daha bahalı xam nefti ixrac üçün saxlayır.

Adətən Səudiyyə Ərəbistanında mazuta tələbat yay aylarında kondisionerlərin istifadəsi səbəbilə yüksəlir. Lakin bu il mart ayındakı artım Yaxın Şərqdə gərginliyin artması və neft bazarında yaranan çatışmazlıqla bağlı olub.

Eyni zamanda, digər istiqamətlər üzrə ixrac azalır:

  • SinqapurMalayziyaya (böyük saxlama mərkəzləri) tədarük martda 23% azalıb
  • Hindistana ixrac 66% azalaraq cəmi 37 min tona düşüb

Hindistana tünd neft məhsullarının tədarükü hələ noyabrdan etibarən demək olar ki, sıfıra enib. Buna səbəb ABŞ-ın RosneftLukoil şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardır.

Bununla yanaşı, Rusiyadan mazut və vakuum qazoylunun ümumi dəniz ixracı mart ayında 10% azalaraq 3,35 milyon tona düşüb. Ümumi azalmanın əsas səbəbi isə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiya limanlarında yükləmələrdə yaranan fasilələr olub.

MONETAR.AZ