Azərbaycanda bütün sosial ödənişlər sabah gerçəkləşəcək

Azərbaycanda bütün sosial ödənişlər

Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd edilib ki, qeyd edilən tarixdə respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq.