Avropa İttifaqında regionlar üzrə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) üzrə ciddi fərqlər var. Avropa İttifaqı Statistika Ofisi (Eurostat) və regional iqtisadi göstəricilərə əsasən, Avropa İttifaqında ən yüksək iqtisadi göstəriciyə malik region İrlandiyanın Şərq və Mərkəzi bölgəsidir. Bu regionda adambaşına ÜDM 107 200 avro səviyyəsində qeydə alınıb və bu, Aİ orta göstəricisindən (təxminən 40 000 avro) xeyli yüksəkdir.
İlk sıralarda həmçinin Lüksemburq (97 700 avro), İrlandiyanın Cənub bölgəsi (86 500 avro), Almaniyanın Hamburq şəhəri (78 300 avro) və Çexiyanın Praqa şəhəri (76 600 avro) yer alır.
Bunlara aşağıdakılar daxildir: Brüssel (Belçika) – 76 000 avro, Paris regionu – İle-de-France (Fransa) – 64 000 avro, Kopenhagen paytaxt regionu (Danimarka) – 70 100 avro və Amsterdam ətrafı North Holland (Niderland) – 69 900 avro. Bu regionlar yüksək gəlirli xidmət sektoru, güclü dövlət institutları və beynəlxalq şirkətlərin mərkəzləşməsi ilə seçilir.
Maraqlı məqamlardan biri də Şərqi Avropa paytaxtlarının yüksək göstəriciləridir: məsələn, Buxarest-İlfof (Rumıniya) – 75 000 avro və Budapeşt (Macarıstan) – 67 200 avro.
Bu göstəricilər həmin ölkələrin ümumi orta iqtisadi səviyyəsindən xeyli yüksəkdir və iqtisadi aktivliyin əsasən paytaxtlarda cəmləndiyini göstərir. Mütəxəssislər bildirirlər ki, İrlandiya və Lüksemburqun yüksək göstəriciləri qismən beynəlxalq şirkətlərin mənfəətinin bu ölkələrdə qeydə alınması ilə bağlıdır. Bu vəziyyət “ÜDM təhrifı” kimi qiymətləndirilir.
MONETAR.AZ