Bakı metrosunda qatarların hərəkət qrafiki tam bərpa olunub

Bakı metrosunda qatarların hərəkət qrafiki

Paytaxtın metro sistemində qatarların hərəkəti tam bərpa edilib və sistem tam həcmdə fəaliyyət göstərir. Bu barədə Bakı Metropoliteni məlumat yayıb. Bildirilib ki, bütün xətlər üzrə hərəkət sabit şəkildə təşkil olunub.

Qatarlar texniki imkanlar çərçivəsində maksimum mümkün interval ilə hərəkət edir.

Eyni zamanda, texniki sistemlər üzərində nəzarət gücləndirilib və fasiləsiz monitorinq aparılır.