2026-cı ilin mart ayında Azərbaycanda spirtli içkilər və tütün məmulatlarının qiymətində əhəmiyyətli artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son məlumatlara görə ötən ilin eyni dövrü ilə müqayisədə ən yüksək qiymət artımı tütün məmulatlarında müşahidə olunub. Bu kateqoriya üzrə bahalaşma 9,5 faiz təşkil edib.
Spirtli içkilər arasında isə ən böyük artım sərt içkilərdə qeydə alınıb. Araq və brendi (konyak) qiymətləri 9,3 faiz yüksəlib. Digər içkilərdə artım nisbətən aşağı olub: çaxır 5,9 faiz, pivə isə 4,3 faiz bahalaşıb.
Ekspertlər qiymət artımını bir neçə amillə izah edirlər. Bunlara aksiz vergilərinin artırılması, idxal xərclərinin yüksəlməsi və ümumi inflyasiya təzyiqləri daxildir.
Qeyd olunur ki, aksiz siyasəti həm dövlət büdcəsinin gəlirlərini artırmaq, həm də zərərli məhsulların istehlakını azaltmaq məqsədi daşıyır.
MONETAR.AZ