Rusiyanın milyarderlər reytinqinin yeni lideri açıqlanıb

Rusiyanın milyarderlər reytinqinin

“Forbes” jurnalının 2026-cı il üzrə açıqladığı reytinqə əsasən, “Severstal” şirkətinin Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən varlı milyarderləri siyahısına başçılıq edir.

Mordaşovun sərvəti 37 milyard dollar həcmində qiymətləndirilir ki, bu da Rusiya vətəndaşları üçün tarixi rekord hesab olunur. Nəşrin məlumatına görə, buna milyarderə məxsus qızıl hasilatı şirkəti Nordgold-un dəyərinin artması səbəb olub.

Reytinqdə ikinci yeri “İnterros” şirkətinin sahibi və “Norilsk Nickel” (Nornikel) şirkətinin rəhbəri Vladimir Potanin tutur. Onun sərvəti 29,7 milyard dollar olaraq qiymətləndirilir.

İlk üçlüyü “LUKOIL” şirkətinin sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti isə 29,5 milyard dollar səviyyəsində dəyərləndirilir.

MONETAR.AZ