Dövlət mülkiyyətinə keçirilmiş mallar gömrük hərracına çıxarılır

Dövlət mülkiyyətinə keçirilmiş mallar

Bu gün dövlət mülkiyyətinə keçirilmiş malların satışı məqsədilə gömrük hərracı keçiriləcək. Hərrac 17 mart 2026-cı il tarixində saat 12:00-da Əmlak Xidmətləri Məkanında təşkil olunacaq. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında baş tutacaq və satışa müxtəlif kateqoriyalar üzrə mallar çıxarılacaq.

Hərracda ümumilikdə bir neçə kateqoriya üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar təqdim olunacaq:

  • Avtomobil ehtiyat hissələri – 806 ədəd
    • Start qiyməti: 60 837,23 manat
    • 5% beh: 3 041,86 manat
  • Geyimlər və tekstil məhsulları – 5300 ədəd
    • Start qiyməti: 179 481,14 manat
    • 5% beh: 8 974,06 manat
  • Elektronika, inşaat malları, məişət malları və təsərrüfat avadanlıqları – 5699 ədəd
    • Start qiyməti: 19 678,57 manat
    • 5% beh: 983,93 manat
  • Tibbi ləvazimatlar – 996 ədəd
    • Start qiyməti: 40 335,42 manat
    • 5% beh: 2 016,77 manat

Məlumata görə satışa çıxarılan mallar üçüncü dəfə hərraca çıxarılıb və bu dəfə qiymətlər 10 faiz aşağı salınmaqla təklif olunur.

MONETAR.AZ