Azərbaycan diri qoyunu bu ölkədən 124 dollara alır

Azərbaycan diri qoyunu bu ölkədən

2026-cı ilin yanvar ayında Azərbaycana diri qoyun idxalının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına gör, ölkəyə ümumilikdə 1550 ədəd diri qoyun idxal olunub və onların ümumi dəyəri 178,32 min ABŞ dolları təşkil edib.

Ölkələr üzrə idxal payına baxdıqda, Rusiyadan 400 ədəd diri qoyun gətirilib ki, bunun dəyəri 49,56 min ABŞ dollarıdır. Bu isə hər bir qoyunun orta hesabla 123,9 ABŞ dollarına alındığını göstərir.

Gürcüstandan idxal olunan diri qoyunların sayı 1150 ədəd olub, ümumi idxal dəyəri isə 128,76 min ABŞ dolları təşkil edib.Hər  qoyunun qiyməti orta hesabla 111,96 ABŞ dollardır.

2026-cı ilin yanvar ayında ölkədən diri qoyun ixracı həyata keçirilməyib.

Mütəxəssislər bildirirlər ki, Rusiya və Gürcüstan Azərbaycan üçün diri qoyun idxalında əsas tərəfdaş ölkələr sırasındadır və hər iki ölkədən idxal edilən canlı heyvanların qiymətində müəyyən fərqlər mövcuddur ki, bu da bazar şəraiti və keyfiyyət göstəriciləri ilə əlaqələndirilir.

MONETAR.AZ