Bitkoin 100 000 dollar hədəfinə yaxınlaşa bilər

Bitkoin 100 000 dollar

Kriptovalyuta bazarı Yaxın Şərqdəki gərginlik fonunda digər ənənəvi aktivlərə nisbətən daha sabitdir. Mart ayı ərzində Bitcoin təxminən 10% artaraq 74 000 dollar səviyyəsinə çatıb.

Bəzi altkoinlər, o cümlədən memkoinalar, Bitcoin-dən daha sürətli artım nümayiş etdirir. Bu artımın əsas səbəbi investisiya fondlarına (ETF) vəsait axınıdır; Bloomberg-in məlumatına görə, bu ay ABŞ bazarında fəaliyyət göstərən Bitcoin spot fondlarına təxminən 1,5 milyard dollar daxil olub.

Bitkoinin davamlı artımı üçün qiymətin 80 000-85 000 dollar klasterini yuxarı keçərək həmin səviyyədə möhkəmlənməsi lazımdır. Bu baş verdikdən sonra 92 000-93 000 dollar səviyyəsinə yüksəliş mümkün olacaq və yalnız bundan sonra 100 000 dollar hədəfi real görünəcək.

Bitcoinin "təhlükəsiz liman" kimi qiymətləndirilməsi hələ də mübahisəlidir. Ekspertlər bildirirlər ki, Bitcoin hələ də yüksək volatilliyaya malikdir və altkoinlər qısa müddətli spekulyativ investisiya imkanları təqdim edir.

Ekspertlərin proqnozuna görə Bitkoin 2026-cı ilin sonuna qədər 90 000-100 000 dollar səviyyəsini test edə bilər. Ethereum, Solana və Chainlink kimi top altkoinlərin də yaxın 6-18 ay ərzində daha yüksək faiz artımı potensialı var.

MONETAR.AZ