Dünya bazarlarında son saatlarda müxtəlif sektorlar üzrə qiymət dəyişiklikləri qeydə alınıb. Xüsusilə kriptovalyuta bazarında azalma müşahidə olunub.
Kriptovalyutalar arasında ən çox ucuzlaşan aktivlər Ripple (-1,11%), Binance Coin (-1,05%), Ethereum (-0,78%) və Bitcoin (-0,57%) olub. Analitiklər bu enişi bazarda qısa müddətli korrektə ilə əlaqələndirirlər.
Kənd təsərrüfatı məhsulları bazarında da qiymət dəyişiklikləri diqqət çəkir. Kərə yağı 4,04%, portağal şirəsi isə 3,60% ucuzlaşıb. Eyni zamanda kanola 3,80 %, şəkər isə 1,97 % bahalaşıb.
Metallar bazarında isə qarışıq dinamika müşahidə olunur. Platin 1,58% bahalaşaraq lider olub. Bundan əlavə, litium karbonat 0,96%, dəmir filizi (CNY) 0,93% artım göstərib. Digər tərəfdən, silisium 1,39%, gümüş 1,27% və mis 1,09% ucuzlaşıb. Qızılın qiyməti isə demək olar ki, sabit qalıb.
Enerji bazarında isə əhəmiyyətli artımlar qeydə alınıb. İstilik yağı 4,51%, benzin 3,94%, Brent markalı neft 2,79% və WTI xam nefti 2,32% bahalaşıb.
Mütəxəssislər bildirirlər ki, qlobal bazarlarda müşahidə olunan bu dəyişikliklər geosiyasi amillər, tələb-təklif balansı və investor davranışları ilə bağlıdır.
MONETAR.AZ