Dövlət qurumlarının balansında olan bir sıra nəqliyyat vasitələri hərrac yolu ilə satışa çıxarılır. Hərrac bu gün saat 10:00-da təşkil ediləcək.bSatışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının balansında olub və avtomobillər minik, avtobus və yük maşınlarını əhatə edir.
Hərracda təqdim olunan əsas nəqliyyat vasitələri aşağıdakılardır:
- “Azərterminalkompleks” Birliyinə məxsus İSUZU ECOBUS avtobusları
- Dövlət nömrələri: 99JB183, 99JB182
- Buraxılış ili: 2012
- Start qiyməti: 11 000 manat
- Beh (10%): 1 100 manat
- Prezidentinin İşlər İdarəsinə məxsus BMW 740LI
- Dövlət nömrəsi: 77YC388
- Buraxılış ili: 2006
- Start qiyməti: 8 500 manat
- Beh: 850 manat
- Baş Prokurorluğa məxsus AUDI A4 avtomobilləri
- Dövlət nömrələri: 77AZ043, 77AZ062, 77AZ060, 77AZ064, 77AZ063
- Buraxılış ili: 2012
- Start qiymətləri: 5 250 – 5 750 manat
- Baş Prokurorluğa məxsus VOLKSWAGEN PASSAT
- Dövlət nömrəsi: 77AZ036
- Buraxılış ili: 2011
- Start qiyməti: 3 750 manat
- Suraxanı Rayon İcra Hakimiyyətinə məxsus VOLVO S80
- Dövlət nömrəsi: 77YR261
- Buraxılış ili: 2008
- Start qiyməti: 5 250 manat
Hərracda həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olan yük və xüsusi təyinatlı avtomobillər də satışa çıxarılır. Bunlara aşağıdakılar daxildir:
- QAZ-3308 yük avtomobilləri (2003–2005-ci illər) – müxtəlif şassi nömrələri ilə ümumi qruplar şəklində
- Start qiymətləri: 26 000 – 29 250 manat
- ZİL-131, QAZ-66 yük avtomobilləri
- Buraxılış illəri: 1984–1989
- Start qiyməti: 6 000 manat
- UAZ-31512 və UAZ-3962 xüsusi təyinatlı avtomobillər
- Buraxılış illəri: 2002–2005
- Start qiyməti: 7 500 manat
- UAZ-31512 (2007-ci il)
- Start qiyməti: 1 170 manat
- Beh: 117 manat
MONETAR.AZ