Avropa İttifaqı ölkələrinə aviasiya yanacağının (aviakerosin) idxalı rekord dərəcədə aşağı səviyyəyə enib. Morgan Stanley məlumatına görə, Şimal-Qərbi Avropaya yükləmə və tədarük həcmləri gündəlik 200 min bareldən və 2 milyon bareldən aşağı düşüb. Tədarüklər aşağı səviyyədə qalsa da, gözləniləndən bir qədər yaxşıdır.
Aİ-dəki əksər neft emalı zavodları aviakerosin istehsalında maksimum güclə işləyir. Afrikadan və ABŞ-dan əlavə olaraq gündəlik 100–150 min barel həcmində idxal isə Yaxın Şərqdən Aİ və Böyük Britaniyaya yönələn təxminən 300 min barel tədarükün azalmasını kompensasiya edə bilmir.
Mart ayında aviayanacaq tədarükündə pik qeydə alınıb. Bu, ehtimal ki, ABŞ-dan artan axınla bağlı olub və Aİ-də təklif vəziyyətinə müvəqqəti rahatlıq gətirib. Bununla belə, qiymət fərqlərinin (crack-spread) yüksək səviyyədə qalacağı gözlənilir.
Aviaşirkətlər planlarını yenidən nəzərdən keçirir2026-cı ilin ikinci rübü üçün aviadaşıyıcılar uçuş güclərini fərqli şəkildə tənzimləyiblər:
- Ryanair — güclər dəyişməz qalıb;
- Wizz Air — 6% azalma;
- TUI Group — 3% azalma.
Bununla yanaşı, loukosterlərin ümumi gücü illik müqayisədə 2026-cı ilin ikinci rübündə 8%, üçüncü rübündə isə 9% artıb.
Lufthansa isə güclərin idarə olunmasında ən aktiv şirkət olub. 2026-cı ilin ikinci rübündə uçuş imkanlarını 2,5% azaldıb. Azalma əsasən Yaxın Şərq, Almaniya və Fransa istiqamətlərində qeydə alınıb.