Azərenerji ASC “Şəmkir” Su Elektrik Stansiyasında və Dispetçer otağında təmir-tikinti işlərinin satınalınması ilə bağlı müsabiqə elan edib.
Məlumata görə, müsabiqə “Şəmkir” SES-də və dispetçer otağında aparılacaq təmir və tikinti işlərini əhatə edir.
Tender üzrə ehtimal olunan qiymət 2 milyon 95 min 291 manat müəyyən edilib.
Satınalma müsabiqəsinin təsnifat kodu “72121500 – Sənaye zavodunun tikintisi işləri” kimi göstərilib.
Tender sənədlərinə əsasən:
- təkliflərin son təqdim olunma tarixi 25 may 2026-cı il saat 16:00-dır;
- zərflərin açılışı da həmin tarix və saatda keçiriləcək.
Müsabiqənin nömrəsi 2026/AT/01150/V4 olaraq qeyd olunub.
Satınalan təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Akademik Ə.Əlizadə küçəsi 10 göstərilib.
Qeyd edək ki, Azərenerji ASC son illər ölkənin enerji infrastrukturunda modernizasiya və yenidənqurma layihələri çərçivəsində bir sıra iri həcmli satınalmalar həyata keçirir.
MONETAR.AZ