23 Mart – Ümumdünya Meteorologiya Günüdür

23 Mart – Ümumdünya

Hər il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv ölkələr tərəfindən Ümumdünya Meteorologiya Günü qeyd edilir. Bu əlamətdar gün meteorologiya və iqlim sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır.

Azərbaycan Respublikası Ümumdünya Meteorologiya Təşkilatı-nın Konvensiyasına 1993-cü ildə qoşulub. Ölkəmiz bu çərçivədə meteoroloji, hidroloji və iqlim müşahidələrini müntəzəm şəkildə həyata keçirir, əldə olunan məlumatların beynəlxalq mübadiləsini təmin edir və təşkilatın qəbul etdiyi qərarların icrasında fəal iştirak edir.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı 1951-ci ildən Birləşmiş Millətlər Təşkilatı-nın ixtisaslaşmış qurumu kimi fəaliyyət göstərir. Onun əsası isə 1873-cü ildə Vyana şəhərində yaradılmış Beynəlxalq Meteorologiya Təşkilatına dayanır.

Meteorologiya Günü münasibətilə keçirilən tədbirlər iqlim dəyişmələri ilə mübarizə, erkən xəbərdarlıq sistemlərinin inkişafı və cəmiyyətin bu sahədə maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

MONETAR.AZ