Qlobal LNG ixracı son 6 ayın minimumuna düşüb

Qlobal LNG ixracı son 6 ayın

Dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı son altı ayın ən aşağı səviyyəsinə enib. Bloomberg yazır ki, Yaxın Şərqdəki müharibə ABŞ və digər ölkələrdə yeni güclərin işə salınması hesabına əldə olunan təklif artımını tamamilə neytrallaşdırıb.

Kpler tərəfindən gəmi izləmə məlumatlarının təhlilinə əsasən, LNG yükləmələrinin 10 günlük hərəkətli ortalaması ayın əvvəlindən təxminən 20% azalaraq 1,1 milyon tona düşüb. Bu, ötən ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Məlumatlara görə, ixracdakı kəskin azalma əsasən Qətər, qismən isə Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı vəziyyətlə əlaqədardır. Bu ölkələrdən Asiya və Avropaya LNG çatdırmaq üçün tanker gəmiləri Hörmüz boğazından keçməlidir, lakin hazırda bu marşrut faktiki olaraq iflic vəziyyətindədir.

Əslində, ötən il ərzində qlobal LNG istehsalı, xüsusilə Amerika Birləşmiş Ştatları və Kanadada yeni layihələrin işə düşməsi sayəsində davamlı şəkildə artmışdı. Lakin indi Qətərdən tədarükün azalması və Hörmüz boğazının bağlanması bu artımı tamamilə aradan qaldırıb.

MONETAR.AZ