Azərbaycanın xaricə pul köçürmələri: regional dəyişikliklər və yeni meyllər

Azərbaycanın xaricə pul köçürmələri:

2025-ci ilin statistikası göstərir ki, Azərbaycan vətəndaşlarının xaricə göndərdiyi pul köçürmələrinin ümumi həcmi əvvəlki ilə nisbətən 1,18 milyard dollara çataraq 8,7% artıb.

ABŞ istiqamətində köçürmələr 2024-cü ildə 60 milyon dollardan 2025-ci ildə 76 milyon dollara yüksələrək 26% artıb. Payı isə 11,5%-dən 15,1%-ə çatıb.

Türkiyə həm 2024, həm də 2025-ci ildə köçürmələr üzrə lider mövqedədir. Vəsaitin məbləği 151 milyon dollardan 145 milyon dollara azalsa da, ölkə Azərbaycan vətəndaşları üçün təhsil, müalicə və daşınmaz əmlak alışı baxımından əsas mərkəz olaraq qalır. Onun ümumi payı təxminən 29%-dir.

Rusiya istiqamətində köçürmələr 58 milyon dollardan 46 milyon dollara düşüb, payı isə 11%-dən 9,2%-ə endi.  Lakin hələ də hər 10 dollardan təxminən 1 dolları Rusiya istiqamətindən gəlir, bu da valyuta riskinin tam aradan qalxmadığını göstərir.

Gürcüstana göndərilən köçürmələr demək olar ki, iki dəfə azalıb, 45 milyon dollardan 26 milyon dollara düşüb. Ukraynaya göndərilən vəsaitlər də 7,6 milyon dollardan 5,4 milyon dollara enib. Bu enişlər regional iqtisadi və siyasi şəraitlə bağlıdır.

Almaniya, Çexiya, İtaliya və Litva kimi ölkələrə köçürmələrdə artım müşahidə olunur. Xüsusilə Litva istiqamətində vəsait 3,1 milyon dollardan 5,2 milyon dollara yüksəlib. Bu, həmin ölkələrin təhsil və iş icazələri baxımından yeni cəlbedici nöqtələrə çevrildiyini göstərir.

2025-ci ildə xaricə göndərilən pulların bölgüsü göstərir ki, Türkiyə və ABŞ əsas istiqamətlər olaraq qalır. Türkiyəyə göndərilən köçürmələrin payı stabil olaraq 29% ətrafındadır. ABŞ-a göndərilən pullar isə 2024-cü ilə nisbətən əhəmiyyətli artaraq payını 15,1%-ə çatdırıb. 

2025-ci il Azərbaycanın xaricə pul köçürmələri baxımından yeni meyllərin formalaşdığı bir il kimi qiymətləndirilə bilər. Qərb ölkələrinə yönələn maliyyə axını güclənir, Rusiya və qonşu regionlardan asılılıq azalır.

MONETAR.AZ