Azərbaycanda ov mövsümü oktyabrın 10-da açılacaq

Azərbaycanda ov mövsümü oktyabrın 10-da

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında Azərbaycanda ov mövsümünün 10 oktyabrdan etibarən açıq elan edilməsi barədə qərar qəbul olunub.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ov müddətləri və müəyyən edilmiş normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.

Xidmət rəsmisi ov həvəskarlarını mövcud ov qaydalarına və normativ tələblərə ciddi əməl etməyə çağırıb.

Bildirilib ki, ov zamanı yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyənləşdirilmiş ərazilərdən istifadə edilməlidir.