Bakıda Türk Dünyası Həftəsinin açılış mərasimi keçirilir

Bakıda Türk Dünyası Həftəsinin açılış

Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimi keçirilir.

Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Tədbir iştirakçılarına, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də müraciətlər göndəriblər.

Qeyd edək ki, elm və mədəniyyət mövzularını əhatə edən silsilə tədbirlərdən ibarət Türk Dünyası Həftəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq təşkil olunub.