Tədris mövsümünün başa çatması və yay aylarında sərnişin axınının intensivliyinin dəyişməsi ilə əlaqədar, “Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttində qatarların hərəkət rejimi yay qrafikinə uyğun tənzimlənəcək. Yeni iş rejimi iyulun 1-dən etibarən qüvvəyə minir və növbəti tədris ili başlayana qədər davam edəcək.
Bənövşəyi xətt üzrə qatarların hərəkətində sərnişinlərin rahatlığını təmin etmək məqsədilə intervallar optimallaşdırılıb.
Yay qrafiki müddətində metrodan istifadə edərkən intervalların 8 dəqiqə olacağını nəzərə alaraq mənzil başına yollanma vaxtınızı öncədən planlaşdırmağınız tövsiyə olunur. Sentayabr ayında yeni tədris mövsümünün başlanması ilə xətt üzrə qatarlar yenidən intensiv (payız-qış) hərəkət qrafikinə qaytarılacaq.