Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından çıxır

Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+

Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı OPECOPEC+ təşkilatlarından çıxmaq qərarını açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanı və neft ixrac edən ölkələr qrupu üçün ciddi zərbə kimi qiymətləndirilir və İranla davam edən müharibə fonunda qlobal enerji bazarlarında qeyri-sabitliyi daha da artırır.

Qərar BƏƏ-nin müharibə zamanı İranın hücumlarına qarşı kifayət qədər müdafiə təmin olunmaması ilə bağlı ərəb ölkələrini tənqid etməsindən sonra qəbul edilib. BƏƏ prezidentinin diplomatik müşaviri Anvar Qarqaş bu məsələni bazar ertəsi Fars körfəzi ölkələrinin nüfuzlu şəxslərinin forumunda qaldırıb.

Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurası ölkələri logistik baxımdan bir-birini dəstəkləsə də, siyasi və hərbi sahədə mövqe tarixən ən zəif səviyyədə olub. Qarqaş bildirib ki, belə zəif mövqeni Ərəb Dövlətləri Liqasından gözlədiyini, lakin Körfəz Əməkdaşlıq Şurasından bunu gözləmədiyini vurğulayıb.

İran-ABŞ-İsrail münaqişəsi başlayandan sonra regiondakı OPEC ölkələrinin neft ixracı ciddi çətinliklərlə üzləşib. Səbəb isə Hörmüz boğazından keçən daşımaların İranın təhdidləri və gəmilərə hücumlar səbəbindən məhdudlaşmasıdır. Qeyd edək ki, bu boğazdan normal şəraitdə dünya üzrə xam neft və mayeləşdirilmiş qazın təxminən beşdə biri daşınır.

BƏƏ-nin bu addımı həm də Donald Tramp üçün siyasi uğur kimi qiymətləndirilir. O, daha əvvəl OPEC-i neft qiymətlərini süni şəkildə yüksək saxlamaqda tənqid etmişdi. Tramp həmçinin ABŞ-ın Körfəz ölkələrinə hərbi dəstəyini neft qiymətləri ilə əlaqələndirərək bildirmişdi ki, ABŞ bu ölkələri qoruduğu halda, onlar bu müdafiədən istifadə edərək yüksək qiymətlər tətbiq edirlər.

MONETAR.AZ