Gömrükdən keçdiyi tarixdən etibarən altı ay ərzində rəsmiləşdirilməyən mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə veriləcək.
Bu, Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən etibarən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatdırılmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Qeyd edək ki, sözügedən sənəd mayın 1-də keçiriləcək Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilib.