Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün Azərbaycana səfər edəcək. Səfər çərçivəsində ölkəsinin Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Monetar.az xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirin səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Estoniya münasibətləri, eləcə də Estoniyanın Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyi müzakirə olunacaq.