Dünya bazarında gümüşün qiymətində də geriləmə qeydə alınıb. Bir unsiya gümüşün qiyməti 49,67 dollar olub.
Monetar.az xəbər verir ki, gümüşün qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,93% azalıb.
Beləliklə, qiymətli metallar bazarında həm qızıl, həm də gümüş üzrə ucuzlaşma müşahidə olunub. Gümüş qızıldan fərqli olaraq sənayedə də geniş istifadə edildiyi üçün onun qiymətinə istehsal sektorundakı dəyişikliklər təsir göstərir. Xüsusilə elektronika, günəş panelləri və elektrik avadanlıqlarına tələbat gümüş bazarının əsas amillərindəndir.