"Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək".
Monetar.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir.
"Əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. İki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir".
Prezident bildirib ki, Gürcüstan və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir:
"Hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik və dəstəkləyəcəyik".