İsraildən Misirə qaz tədarükü müharibədən əvvəlki səviyyəyə qayıdıb

İsraildən Misirə qaz tədarükü müharibədən əvvəlki

İsraildən Misirə təbii qaz ixracı ölkənin ən iri qaz yatağında hasilatın bərpasından sonra normal səviyyəyə qayıdıb. Bu barədə Bloomberg məlumat yayıb.

Leviathan qaz yatağıTamar qaz yatağından tədarüklər şənbə günü yenidən başlayıb və gündə təxminən 1,1 milyard kub fut səviyyəsində normal həcmə çatıb.

İsrail İran ilə münaqişə səbəbindən bəzi yataqlarda hasilatı müvəqqəti dayandırdıqdan sonra Misirə qaz ixracını azaltmışdı.

Bu azalmaya cavab olaraq Misir ötən il bağlanmış böyük müqavilələr çərçivəsində mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü sürətləndirib.