Bakıda 6 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 6 avtobus marşrutunun hərəkət sxemi

Bakıda altı avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında) məlumat yayıb.

Dəyişikliklər Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətində, Dənizkənarı küçəsində nəqliyyatın məhdudlaşdırılması ilə əlaqədardır.

Məlumata görə, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti hazırda “20-ci sahə” dairəsi və Şəfəq küçəsi vasitəsilə təşkil olunub.