İran yığması oyunların ABŞ-dan Meksikaya köçürülməsini istəyir

İran yığması oyunların ABŞ-dan Meksikaya

İran Futbol Federasiyası qarşıdan gələn dünya çempionatında milli komandanın oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparır. Bu barədə AFP agentliyi Meksikadakı İran səfirliyinə istinadən məlumat yayıb.

Federasiyanın açıqlamasında bildirilir: “Əgər ABŞ prezidenti Donald Trump açıq şəkildə İran millisinin təhlükəsizliyini təmin edə bilməyəcəyini deyibsə, biz təbii ki, Amerikaya getməyəcəyik. Hazırda oyunların Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq.”

Qeyd edək ki, Donald Tramp ötən həftə İran yığmasının “öz təhlükəsizliyi naminə” turnirə gəlməməli olduğunu bildirmişdi.

XXIII FIFA World Cup 2026 final mərhələsi 2026-ilin iyun–iyul aylarında üç ölkədə — ABŞ, Meksika Kanadada keçiriləcək. Turnir ABŞ-da 11 şəhərdə, Meksikada 3, Kanadada isə 2 şəhərdə təşkil olunacaq.

Tarixdə ilk dəfə olaraq mundialda 48 milli komandanın iştirakı gözlənilir. İran yığması Asiya seçmə mərhələsini keçərək G qrupuna düşüb burada Belçika, Misir Yeni Zelandiya ilə qarşılaşmalıdır. Komandanın oyunları 15, 21 26 iyun tarixlərində ABŞ-ın İnqlvud Sietl şəhərlərində planlaşdırılıb.

Əgər İran yığması turnirdə iştirakdan imtina edərsə, FIFA əvəzləyici komanda seçməli olacaq. Namizədlər arasında İraq BƏƏ yığmalarının adı çəkilir.

MONETAR.AZ