ABŞ Prezidenti Donald Trump İran Milli Futbol Komandasının 2026 FIFA Dünya Kubokuna dəvət edildiyini təsdiqləyib, lakin ABŞ ərazisində olmalarının təhlükəsiz olmayacağını bildirib.
Trump sosial şəbəkədə yazıb: "İran komandası Dünya Kubokunda xoş qarşılanacaq, lakin onların ABŞ-da olması təhlükəsizlik baxımından uyğun deyil."
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək. FIFA Prezidenti Gianni Infantino də İranın turnirdə iştirakını Trump ilə müzakirə edib və futbolun insanları birləşdirən rolunu vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, turnir zamanı ABŞ və İran arasında münasibətlər diqqətlə izlənəcək.
MODERN.AZ