Azərbaycanın cari əməliyyatlar balansında böyük azalma

2025-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında (CƏH) profisit 1,1 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35 % azalma deməkdir. 2024-cü ilin eyni dövründə bu göstərici 1,7 milyard dollar idi.
Azalma əsasən neft və qaz sektorundan daxilolmaların zəifləməsi, eləcə də qeyri-neft sektorundakı ticarət kəsiri ilə izah olunur.
Bununla belə, Azərbaycan Mərkəzi Bankı və beynəlxalq maliyyə qurumları 2025-ci ilin sonuna qədər cari əməliyyatlar hesabının profisitlə bağlanacağını proqnozlaşdırırlar. Bu da ilin ikinci yarısında enerji qiymətlərində və ixracda artım gözləntiləri ilə bağlıdır.
Analitiklər hesab edirlər ki, tədiyyə balansında tarazlığın saxlanması üçün qeyri-neft ixracının artırılması, turizm və xidmət sektorlarının genişləndirilməsi, eləcə də daxili istehsal imkanlarının gücləndirilməsi vacib rol oynayacaq.
MONETAR.AZ