Azərbaycana 230 milyon dollar pul köçürülüb – Ən çox vəsait Rusiyadan gəlib

Azərbaycana 230 milyon dollar pul köçürülüb –
19 İyun 2025 11:44

2025-ci ilin I rübündə Azərbaycana xaricdən ümumilikdə 229,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 112,7 milyon ABŞ dolları məbləğində pul köçürməsi həyata keçirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov mətbuat konfransında məlumat verib.

Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi aşağıdakı ölkələrin payına düşüb:

  • Rusiya – 85,6 milyon ABŞ dolları

  • Türkiyə – 39,6 milyon ABŞ dolları

  • ABŞ – 23,3 milyon ABŞ dolları

  • Böyük Britaniya – 8,8 milyon ABŞ dolları

  • BƏƏ – 7,8 milyon ABŞ dolları

Ölkədən xaricə göndərilən pul baratları isə əsasən bu istiqamətlərə yönəlib:

  • Türkiyə – 32,4 milyon ABŞ dolları

  • ABŞ – 18,8 milyon ABŞ dolları

  • Rusiya – 9,5 milyon ABŞ dolları

  • Gürcüstan – 7 milyon ABŞ dolları

  • Böyük Britaniya – 28 milyon ABŞ dolları

MONETAR.AZ


Oxşar xəbərlər