Qəza aradan qaldırıldı, amma Bakıda su problemi qalır

Bakının bir sıra rayonlarında içməli su ilə bağlı problemlər hələ də davam edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza texniki olaraq aradan qaldırılb. Sistemin tam normal rejimə qaytarılması üçün bir qədər zaman tələb olunur.
Hazırda paytaxtın bəzi yaşayış massivləri və yeni tikililərində suyun təzyiqi aşağı olaraq qalır və fasiləli verilir.
Sakinlər bildirirlər ki, hətta ehtiyat su anbarları ilə təchiz olunmuş çoxmərtəbəli yeni yaşayış komplekslərində də su çatışmazlığı müşahidə olunur. Su təchizatındakı qeyri-sabitlik gündəlik məişət işlərinə ciddi təsir göstərir, xüsusilə yay aylarında tələbatın artdığı bir vaxtda narazılıqları artırır.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri Bakının su təminatında əsas mənbələrdən biridir və burada baş verən hər hansı texniki nasazlıq paytaxtda ciddi təsirlərə yol aça bilər.
MONETAR.AZ