Qiymətlər harada qalxıb, harada düşüb?: regional inflyasiya

Qiymətlər harada qalxıb, harada düşüb?:
17 İyun 2025 17:01

2025-ci ilin may ayında Azərbaycanda istehlak qiymətlərində bölgələr üzrə fərqli dinamika müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin bir çox iqtisadi rayonlarında qida məhsulları ucuzlaşıb, lakin qeyri-qida məhsulları və xidmətlərdə qiymət artımları qeydə alınıb.

Ən çox ucuzlaşma Dağlıq Şirvanda baş verib – burada qida məhsullarının qiymətləri 1,1% azalıb. Bu, ölkə üzrə ən yüksək azalma göstəricisidir.

Ən böyük bahalaşma isə xidmət sektorunda qeydə alınıb – Dağlıq Şirvanda xidmətlər 1,2% artıb.

Bakı şəhərində qida məhsulları 0,3% ucuzlaşıb, əvəzində qeyri-qida mallarında 0,6% artım var. Ümumi qiymət indeksi: 100,1%.

Naxçıvan ən çox bahalaşmanın olduğu bölgədir – ümumi qiymət artımı 0,5%, qeyri-qida məhsullarında isə 0,8%.

Qarabağ və Şirvan-Salyan iqtisadi rayonlarında isə ümumi qiymətlərdə azalma olub (0,3%).

Mil-Muğan yeganə rayondur ki, burada qida məhsulları bahalaşıb – 0,1% artım.

Ümumilikdə, may ayında qida məhsulları üzrə qiymətlər bir çox bölgədə azalma meyli göstərsə də, xidmətlər və qeyri-qida məhsullarında bahalaşma tendensiyası davam edir.

MONETAR.AZ


Oxşar xəbərlər